Ucnoqta.az
www.ucnoqta.az

Dördüncü kurs tələbəsi faciəli şəkildə ölüb

10:20 - 26 Yanvar 2024 tarixində dərc olunub.

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

“Report” xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyini bildirilib.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.

Müəllif: Ucnoqta.az redaksiyası