Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" rəhbərliyi Xavi ilə bağlı qərarını verib

08:55 - 26 Yanvar 2024 tarixində dərc olunub.

"Barselona" rəhbərliyi Xavi Hernandezin komandanın baş məşqçisi kimi gələcəyi ilə bağlı qərar verib.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Sport.es xəbər verir. Klub yaxın vaxtlarda mütəxəssisi işdən çıxarmayacaq. O, ən azı 2023/2024 mövsümünün sonuna qədər komanda ilə çalışacaq.

Xavi 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik edir. Ötən mövsüm o, kluba İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.

Müəllif: Ucnoqta.az redaksiyası