Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın tanınmış alimi vəfat etdi

11:02 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Azərbaycanın tanınmış alimi, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini vəzifəsində çalışırdı.

P. Kərimov mərhum şair Əli Kərimin oğlu idi.

Müəllif: Ucnoqta.az redaksiyası