Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 64 yaşlı qadını maşın vurub

19:34 - 23 Yanvar 2024 tarixində dərc olunub.

Gəncədə piyadanı maşın vurub.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Aybəniz Rəhimovanı vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası