Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu qəzaya uğradı - Foto

09:20 - 23 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

Ucnoqta.az xəbər verir ki, qəza Binə qəsəbəsində baş verib. Səhər saatlarında Koroğlu m/st-Binə marşurut xətti üzrə hərəkət edən 160 nömrəli sərnişin avtobusu Əli İsazadə küçəsində "İkarus" avtobusu ilə toqquşub. Hadisə nəticəsində yüngül xəsarət alanlar var. 

Müəllif: Ucnoqta.az redaksiyası