Ucnoqta.az
www.ucnoqta.az

Xocavənddə silah-sursat aşkarlandı

09:43 - 22 Yanvar 2024 tarixində dərc olunub.

Xocavənd rayonunda silah-sursat aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən 1 ədəd qumbaraatan, 24 ədəd əl qumbarası, müxtəlif çaplı mərmi və patronlar, eləcə də digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası