Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 10 aylıq qız xəstəxanada ölüb

20:29 - 21 Yanvar 2024 tarixində dərc olunub.

Gəncədə körpə qız xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərdə yerləşən Xəstəxanaların birində qeydə alınıb.

Belə ki, şəhər sakini 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq körpə qızı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki,A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası