Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ olub

22:20 - 19 Yanvar 2024 tarixində dərc olunub.

Azərbaycanda 5,0 maqnitudalı zəlzələ olub.

Bu barədə Ucnoqta.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin maqnitudası 5.0, yeraltı təkanların dərinliyi 61 km olub.

Zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

Müəllif: Ucnoqta.az redaksiyası