Ucnoqta.az
www.ucnoqta.az

35 yaşlı kişi dəm qazından öldü

09:32 - 19 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.

"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası