Ucnoqta.az
www.ucnoqta.az

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

19:55 - 18 Yanvar 2024 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası