Ucnoqta.az
www.ucnoqta.az

Sarayda 35 yaşlı kişi qətlə yetirilib, qayınatası könüllü təslim olub

18:20 - 18 Yanvar 2024 tarixində dərc olunub.

Abşeron rayonunda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Abşeron rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası