Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda iki nəfər dəm qazından zəhərlənib

20:19 - 17 Yanvar 2024 tarixində dərc olunub.

Şamaxıda bu gün iki nəfər dəm qazından zəhərlənib.

APA xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Gülər Rəşid qızı və rayon sakini 1959-cu il təvəllüdlü İsrayılov İsrayıl Kərəm oğlu dəm qazından zəhərləniblər.

Onlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Vəziyyətləri orta ağırdır.

Müəllif: Ucnoqta.az redaksiyası