Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ər keçmiş arvadını güllələdi

09:08 - 17 Yanvar 2024 tarixində dərc olunub.

Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Rəşad qızı evdə əri ilə mübahisə edib.

Mübahisə zamanı keçmiş əri ona odlu silahdan atəş açıb.

Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası