Ucnoqta.az
www.ucnoqta.az

Məktəblilərin qış tətilinin vaxtı açıqlanıb

12:58 - 15 Yanvar 2024 tarixində dərc olunub.

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

İkinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası