Ucnoqta.az
www.ucnoqta.az

Bakıda inşaat mağazasından oğurluq olub

11:16 - 15 Yanvar 2024 tarixində dərc olunub.

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası