Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Mercedes” yanıb

10:32 - 14 Yanvar 2024 tarixində dərc olunub.

Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası