Ucnoqta.az
www.ucnoqta.az

İçində 2 min dollar olan çantanı oğurlayan qadın saxlanılıb

12:31 - 12 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda qadının çantasını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının içərisində 2000 ABŞ dolları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası