Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum rabitə naqilini kəsib oğurladı

11:08 - 11 Yanvar 2024 tarixində dərc olunub.

Bakı şəhərinin Nərimanov rayonunda rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası