Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə ev yanıb

13:44 - 10 Yanvar 2024 tarixində dərc olunub.

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan əşyalar yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası