Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda oğul atasını öldürdü 

11:19 - 8 Yanvar 2024 tarixində dərc olunub.

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası