Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 7 yaşlı uşaq qızılcadan öldü

11:02 - 6 Yanvar 2024 tarixində dərc olunub.

Azərbaycanda daha bir uşaq qızılcadan ölüb.

“Qafqazinfo” xəbər verir ki, ölüm faktı Şəkidə qeydə alınıb.

Belə ki, Şəki rayonu Qayabaşı kənd sakini 2017-ci il təvəllüdlü Y. Məmişov müalicə aldığı xəstəxanada ölüb.

Onun xəstəxanada qızılcadan müalicə olunduğu bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası