Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda “Hyundai” yanıb

18:09 - 5 Yanvar 2024 tarixində dərc olunub.

Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası