Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda yol qəzası: Xəsarət alanlar var

22:54 - 4 Yanvar 2024 tarixində dərc olunub.

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.

"Report"un məlumatına görə, nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası