Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu

21:41 - 4 Yanvar 2024 tarixində dərc olunub.

Nəhayət, futbol üzrə Azərbaycan millisi ilə bağlı yaranan əsas suala aydınlıq gəlib.

Sportlife.az-ın əldə etdiyi məlumata əsasən, komandamızı serbiyalı mütəxəssis Milan Obradoviç çalışdıracaq. Baş məşqçinin keçidi bu ayın sonuna qədər rəsmi olaraq açıqlanacaq.

Obradoviç Azərbaycan futboluna yad sima deyil. Belə ki, o, 2019-2022-ci illərdə baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisində çalışıb.

Qeyd edək ki, son olaraq millimizə italiyalı Canni de Byazi başçılıq edirdi.

Müəllif: Ucnoqta.az redaksiyası