Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib

14:13 - 4 Yanvar 2024 tarixində dərc olunub.

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, son 3 gün ərzində ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası