Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda gənc qız itkin düşüb

08:57 - 4 Yanvar 2024 tarixində dərc olunub.

Sumqayıtda 16 yaşlı gənc qız itkin düşüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə ötən gün baş verib. Şəhər sakini, 2008-ci il təvəllüdlü Məmmədova Zəhra Nurlan qızı 7-8-12 məhəllədə yaşadığı evdən heç bir söz demədən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Müəllif: Ucnoqta.az redaksiyası