Ucnoqta.az
www.ucnoqta.az

“Prius”un sürücüsü hadisə yerində öldü - FOTO

10:23 - 30 Dekabr 2023 tarixində dərc olunub.

 

Zərdab rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zərdab-Ucar yolunun Çallı kəndindən keçən hissəsində “Toyota Prius” markalı minik maşını “Qazel”lə toqquşub. Nəticədə “Toyota Prius”un sürücüsü ağır xəsarətlər alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası