Ucnoqta.az
www.ucnoqta.az

30 yaşlı gənc hamamda boğuldu

09:29 - 30 Dekabr 2023 tarixində dərc olunub.

Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Bayramov Nicat Ağanemət oğlu evinin hamam otağında çimərkən ölüb.

"Report"un məlumatına görə, hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası