Ucnoqta.az
www.ucnoqta.az

Bakıda reklam müəssisəsi yanıb

10:07 - 29 Dekabr 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 90 kvadratmetr olan reklam müəssisəsinin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası