Ucnoqta.az
www.ucnoqta.az

Qusarda hasar aşıb, qadın altında qalaraq ölüb

14:09 - 26 Dekabr 2023 tarixində dərc olunub.

Qusar rayonunda hasar aşıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Cağarqışlaq kəndində baş verib.

Belə ki, kənd sakini - 1979-cu il təvəllüdlü Valentina Ramazanovanın üzərinə hasar aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası