Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda gənc qız hamamda ölüb

13:48 - 22 Dekabr 2023 tarixində dərc olunub.

Abşeronda gənc qız dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri Quşçuluq massivində baş verib. 19 yaşlı T.Əliyeva hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası