Ucnoqta.az
www.ucnoqta.az

Lavrov Tunisə getdi

00:04 - 21 Dekabr 2023 tarixində dərc olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlar aparmaq üçün Tunisə səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini daşıyan təyyarə Tunisin paytaxtında hava limanına enib. Lavrovun Ərəb Respublikasında bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası