Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə odlu silahlar aşkar edilərək götürülüb

20:34 - 19 Dekabr 2023 tarixində dərc olunub.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbiri zamanı şəhər ərazisindən 2 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası