Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda 8 yaşlı məktəblini avtomobil vurub

18:31 - 19 Dekabr 2023 tarixində dərc olunub.

Şirvanda 8 yaşlı məktəblini avtomobil vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2015-ci il təvəllüdlü Adilə Əliyevanı məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası