Ucnoqta.az
www.ucnoqta.az

AXCP və Müsavat prezident seçkilərində iştirak etməyəcək

15:05 - 16 Dekabr 2023 tarixində dərc olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq.

"Unikal" xəbər verir ki, bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. 

Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, deputatlar - Zahid Oruc və Fazil Mustafanın prezidentliyə namizədliyi açıqlanıb. 

Müəllif: Ucnoqta.az redaksiyası