Ucnoqta.az
www.ucnoqta.az

COP28 iştirakçıları inkişaf etməkdə olan ölkələr üçün 800 milyon dollar toplayıblar

16:56 - 12 Dekabr 2023 tarixində dərc olunub.

COP28 iştirakçıları inkişaf etməkdə olan ölkələr üçün 800 milyon dollar toplayıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə COP28-in baş direktoru Məcid əl-Ənsari bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O, bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransı zamanı inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyindən dəyən itkilərin və zərərin ödənilməsi fondu təxminən 800 milyon dollar toplayıb. 

O, həmçinin qeyd edib ki, COP28 çərçivəsində hökumətlər, böyük biznes və xeyriyyə təşkilatları müxtəlif iqlim təşəbbüslərini həyata keçirmək üçün 83 milyard dollardan çox vəsait vəd ediblər. Bundan əlavə, konfrans iştirakçıları bərpa olunan enerji, iqlim maliyyəsi, kənd təsərrüfatı və səhiyyə də daxil olmaqla bir sıra sahələri əhatə edən on bir bəyannamə qəbul ediblər. Əl-Ənsari əlavə edib ki, 130-dan çox ölkə 2030-cu ilə qədər dünyanın bərpa olunan enerji istehsal gücünü üç dəfə artırmaq bəyannaməsinə qoşulub.

Müəllif: Ucnoqta.az redaksiyası