Ucnoqta.az
www.ucnoqta.az

Avstraliyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb

08:03 - 12 Dekabr 2023 tarixində dərc olunub.

Avstraliya qitəsinin şərqində qəzaya uğrayan yüngülmotorlu təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels əyalət polisinə məlumat verilib.

Məlumata görə, təyyarə yerli vaxtla saat 08:50 radələrində Brisben şəhərindən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində qəzaya uğrayıb. Qəzaya səbəb təyyarənin elektrik xətti ilə toqquşması olub.

"Polis əməkdaşları, eləcə də dövlət təcili yardım və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerindədir. Güman edirik ki, təyyarənin göyərtəsində olan iki nəfər həlak olub", - polis bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası