Ucnoqta.az
www.ucnoqta.az

Qəzzanın cənubunda İsrail ordusu ilə fələstinlilər arasında toqquşma olub

00:12 - 12 Dekabr 2023 tarixində dərc olunub.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhəri yaxınlığında İsrail ordusunun bölmələri ilə fələstinli radikallar arasında toqquşmalar baş verir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail ordusu Xan Yunisin qərb rayonlarını atəşə tutur.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası