Ucnoqta.az
www.ucnoqta.az

Britaniya Haitidəki dörd cinayətkar dəstənin liderlərinə qarşı sanksiyalar tətbiq edib

19:55 - 11 Dekabr 2023 tarixində dərc olunub.

Böyük Britaniya Haitidə dörd mütəşəkkil cinayətkar qrupun liderlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sanksiya siyahısına 5 Seqond (Conson Andre), Grand Ravine (Renel Destina), 400 Mavozo (Wilson Joseph) və Krazy Barye (Vitel-Ohm Innocent) qruplarının liderləri daxil edilib. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası