Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

20:18 - 10 Dekabr 2023 tarixində dərc olunub.

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası