Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt yolunda ağır qəza: 1 ölü, 6 yaralı

09:22 - 10 Dekabr 2023 tarixində dərc olunub.

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, 6 nəfər ağır yaralanıb.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.Sumqayıtda mikroavtobusun betona çırpılması nəticəsəində xəsarət alanların sayı artıb.

Müəllif: Ucnoqta.az redaksiyası