Ucnoqta.az
www.ucnoqta.az

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

14:54 - 9 Dekabr 2023 tarixində dərc olunub.

Sabah güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, dekabrın 10-u gündüzdən 11-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası