Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda nazir vəzifəsindən azad olundu

16:41 - 8 Dekabr 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.

Ucnoqta.az “APA-Economics”ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası