Ucnoqta.az
www.ucnoqta.az

Vaşinqtonda Mirzoyan-Bayramov görüşü ilə bağlı razılıq yoxdur

15:36 - 7 Dekabr 2023 tarixində dərc olunub.

Hazırda Vaşinqtonda Mirzoyan-Bayramov görüşü ilə bağlı razılıq yoxdur

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Görüşlə bağlı belə bir məlumat yoxdur. Biz dedik ki, biz hazırıq, Amerika tərəfi də öz istəyini bildirib. Hazırda bizim belə razılaşmamız və müzakirələrimiz yoxdur", - Simonyan qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası