Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov mayoru yüksək vəzifəyə TƏYİN ETDİ

11:06 - 7 Dekabr 2023 tarixində dərc olunub.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

APA-nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis mayoru Hüseynov Musa Yusif oğlu Qazax rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

M.Huseynov bu təyinata qədər Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası