Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə piyadanı maşın vurub

21:42 - 6 Dekabr 2023 tarixində dərc olunub.

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Zaur Mahmudovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası