Ucnoqta.az
www.ucnoqta.az

27 yaşlı qadın dəm qazından boğularaq ölüb

13:58 - 6 Dekabr 2023 tarixində dərc olunub.

Bakıda qadın dəm qazından boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fərdi mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Gülşən Mehdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası