Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var -  FOTO

09:58 - 6 Dekabr 2023 tarixində dərc olunub.

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası