Ucnoqta.az
www.ucnoqta.az

AzTV-nin əməkdaşı əməliyyatdan sonra vəfat etdi - FOTO

09:23 - 6 Dekabr 2023 tarixində dərc olunub.

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Vüqar Rəsulov 24 yaşında vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Mərhumun mədəkiçiltmə əməliyyatından 2 gün sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, V.Rəsulov AzTV-də sürücü vəzifəsində çalışırdı.///lent.az

Müəllif: Ucnoqta.az redaksiyası