Ucnoqta.az
www.ucnoqta.az

ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir - Miller

01:12 - 6 Dekabr 2023 tarixində dərc olunub.

ABŞ administrasiyası Azərbaycanla qarşılıqlı əlaqəsi Amerikanın milli maraqlarına cavab verən əlaqələrdən əl çəkmək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi deməmişik ki, bu da Amerika Birləşmiş Ştatları kimi maraqlarımıza ziddir. Hesab edirik ki, Azərbaycanla diplomatik münasibətlərimizə son qoyulması regionda sülh və təhlükəsizlik maraqlarına zidd olacaq”, - diplomat cavab verib.

Onun sözlərinə görə, ABŞ “həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir”.

Müəllif: Ucnoqta.az redaksiyası